Bağdad hava limanında yenidən yanğın oldu Hadisə 17 Noyabr 2022 11:11 169 PaylaşBağdad Beynəlxalq Hava Limanının salonlarından birində yanğın baş verib. Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.“Yanğın VIP terminalın və turizm agentliyinin ofislərinin yerləşdiyi ikimərtəbəli Neinava zalında baş verib”, – məlumatda deyilir.Hadisə yerinə 15 yanğınsöndürən briqadası gəlib və yanğın söndürülüb.Hazırda hava limanından uçuşlar normal rejimdə həyata keçirilir.Qeyd edək ki, bu, cari həftə ərzində sözügedən hava limanında ikinci yanğın hadisəsidir.Tacxeber.com