• 16 Sentyabr 2024 23:56

Bakıda “Prius” sürücüsü sərnişini bıçaqladı – ANBAAN VİDEO

Bakıda Toyota “Prius” markalı avtomobilin sürücüsü yanında oturan şəxsi bıçaqlayıb.

Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətt”inə daxil olub.

Şahidlərin sözlərinə görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Sürücü avtomobilindəki şəxsə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, məsələdən məlumatlıdırlar.

“Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək”.

Oxşar xəbərlər