• 23 Noyabr 2024 16:55

“Dünyada cəhənnəm varsa, o, Xersonda olub…” – Növbəti işgəncə otağı aşkar edilib

“Raşistlər düşmənlə əməkdaşlıq etməkdən imtina edən yerli sakinləri qeyri-insani şəraitdə saxlayıb…”

“Qonşu evlərin sakinləri deyib ki, hamı işgəncələri, qışqırıqları, iniltiləri eşidib…”

 

“Onun döşlərinə və çanağına naqillər bərkidərək elektrik cərəyanı ilə işgəncə verilib…”

 

Rusiyalı hərbçilərdən azad edilən Xersonda Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və polis xidmətinin əməkdaşları növbəti işgəncə otağını aşkar edib.

 

Moderator.az xəbər verir ki, bu barədə ” УНИАН” agentliyi UTX mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

“Raşistlər düşmənlə əməkdaşlıq etməkdən imtina edən yerli vətənpərvərləri qeyri-insani şəraitdə saxlayıb. Xersonluları dindirib qəddarcasına işgəncə veriblər. İşgəncə otaqlarının müayinəsi zamanı aşkar edilən əşyalar işgəncələrdən xəbər verir”, – məlumatda deyilir.

 

Əsirlərin saxlanıldığı otaqlarda işgəncələrin verilməsini göstərən əşyalar tapılıb. Hazırda hüquq-mühafizə orqanları işğalçıların cinayətlərini qeydə alır ki, günahkarlar müəyyən edilsin və onlar məsuliyyətə cəlb olunsun.

 

Azad edilən şəhərdə bundan öncə olan “Washington Post” qəzetinin jurnalistləri səkkiz aylıq işğalı yaşayan şəhər sakinləri ilə söhbət edib.

 

Xersonluların sözlərinə görə, rusiyalı hərbçilər işgəncələr üçün azyaşlılar həbsxanasından istifadə edib. “Əgər Yer kürəsində cəhənnəm varsa, o, burada olub”, – bunu amerikalı müxbirlərə həbsxana ilə üzbəüz yaşayan 48 yaşlı Sergey danışıb.

 

Şahidlərin sözlərinə görə, bu boz üçmərtəbəli binaya sutka ərzində gələn avtomobillərdən başlarına çuval keçirilən adamları çıxarırdılar. Onlardan bəzilərini, əzab verilən və döyülənləri bir müddətdən sonra buraxırdılar, başqalarını digər həbsxanaya köçürürdülər. Onların başına gələnlər bəlli deyil.

Əsirliyi yaşayanlardan biri, 64 yaşlı Aleksandr Kuzmin deyib ki, həbsxanada FTX əməkdaşları çəkiclə onun ayağını əzib. Kamerada olarkən, başqa adamların qışqırığını eşidib.

 

Qonşu evlərin sakinləri təsdiq edib ki, həbsxanada saxlanılanlara necə işgəncə verildiyini eşidiblər: “Hamı işgəncələri, qışqırıqları, iniltiləri eşidə bilib”.

 

Rusiyalılar ukraynalıları ən müxtəlif bəhanələrlə- “düzgün olmayan” sözlər və geiymdən tatuirovkalarına görə saxlayıblar. Kuzmin jurnalistlərə məlumat verib ki, gənc kamera yoldaşı yerli sakinlərə qrivna tapmağa kömək etdiyinə görə saxlanılıb. Onun döşlərinə və çanaq nahiyəsinə naqillər bərkidərək elektrik cərəyanı ilə işgəncə verilib.

 

Ukrayna prezidenti Vladimir Zelenski noyabrın 14-də Xerson azad ediləndən az sonra ziyarət edərək, bəyan edib ki, Xerson vilayətində Rusiya ordusu “ölkənin daxil ola bildiyi digər regionlarda törətdiyi vəhşilikləri” törədib.

 

Onun sözlərinə görə, Ukrayna müstəntiqləri rusiyalı işğalşıların şəhərdə törətdikləri 400-dən çox hərbi cinayətlərini sənədləşdirib.

 

Rusiyalı hərbçilərin işğal edilən ərazilərdə ukraynalılara qarşı qeyri-insani münasibəti haqqında ilk məlumatlar yazda Kiye vilayətinin azad edilməsindən sonra üzə çıxıb.

 

O zaman balaca Buça şəhərində yerli sakinlərin kütləvi şəkildə güllələnməsi və xüsusi işgəncə otaqlarında ələ salınmasının sübutları aşkar edilib.

 

Oxşar mənzərə Ukrayna hərbçiləri tərəfindən Xarkov vilayətinin azad edilməsindən sonra aşkar edilib. O cümlədən İzyum yaxınlığındakı meşədə 400 ukrayalının dəfn edildiyi kütləvi məzarlıq aşkar edilib.

 

Cəsədlərin eksqumasiyası zamanı Ukrayna mütəxəssisləri çoxsaylı işgəncələrin sübutlarını aşkar edib.

Tacxeber.com

Oxşar xəbərlər