ABŞ-ın Yuta ştatında 56 yaşlı qadın surroqat analıq (daşıyıcı ana) yolu ilə oğlunun uşağını dünyaya gətirib.
Tacxeber.com xarici mediaya istinadla xəbər verir ki, sözügedən qadının gəlininin uşaq dünyaya gətirməsi təhlükəli olduğu üçün süni mayalanma yolu ilə oğlunun və gəlinin embrionları onun bətninə köçürülüb.
Məlumata görə, 9 saat davam edən doğuşdan sonra körpə sağlam şəkildə dünyaya göz açıb. (publika.az)