• 23 Noyabr 2024 00:39

Qış aylarında böyrəklərimizi necə qoruyaq?

Qış aylarında böyrəklərimizi necə qoruyaq?

Tacxeber.com qış aylarında böyrəkləri qorumağın yollarını təqdim edir:

-Soyuqdəymə ən çox böyrəklərə təsir edir. Soyuqdəymə xroniki hal almadan müalicə olunmaq lazımdır.

– Bu aylar maye səviyyəsi aşağı düşər. Xəstəlik əsnasında tərləmə, qusma, ishal kimi hallar da maye səviyyəsini azaldar. Həkim məsləhəti olmadan hər hansı dərman qəbulu düzgün deyil. Məsləhətsiz dərmanların qəbulu və maye azlığı böyrəkləri zəiflədər. Ona görə də, qış aylarında maye qəbulu vacibdir.
– Burun temperaturu düşdükdə virusların sayı artır. Bu da immunitet sisteminə təsir edir. Soyuq havalarda və gün ərzində soyuq saatlarda burnuzun üşüməsinə mane olun.

– Qış aylarında ən çox rast gəlinən xəstəliklərdən biri də, idrar yolu infeksiyasıdır. Bu xəstəik böyrəklərə təsir edər.

– Sağlam həyat tərzinə qışda da davam etməlisiniz. Qidalanmanıza diqqət etməlisiniz, idman etməli, bol-bol süd və tərəvəz yeməlisiniz.

Tacxeber.com

Oxşar xəbərlər