• 09 Oktyabr 2024 02:06

Ronaldonun qalmaqallı müsahibəsinin ilk hissəsi

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun karyerasının ən səs-küylü müsahibəsinin ilk hissəsi jurnalist Piers Morqanın “Talk TV” kanalında yayımlanıb.

 xəbər verir ki, portuqaliyalı hücumçu müsahibənin ilk hissəsində bir çox qalmaqallı fikirləri ilə diqqət çəkib.

“Qvardiola məni razı salmaq üçün çox çalışdı”

O, 2021-ci ilin yayında “Mançester Yunayted”ə qayıtdığı vaxt “Mançester Siti”yə keçməyə yaxın olduğunu təsdiqləyib: “Futbolda  azarkeşlər çox vacibdir. Onlar hər zaman yanımda olublar. Bunu hətta küçədə gedəndə də hiss edirəm. Məni çox qiymətləndirirlər. Azarkeşlər mənim üçün hər şey deməkdir. “Mançester Siti” transfer olunmağa çox yaxın idim. Mənimlə uzun müddət danışdılar. Pep Qvardiola məni razı salmaq üçün çox çalışdı. “Mançester Yunayted”lə bir tarixim var. Ürəyim, hisslərim… Həm də  Aleks Fergüsson. İşi dəyişdirən bunlar oldu”.

“Geri qayıtdığım üçün peşman deyiləm”

37 yaşlı hücumçu keçmiş məşqçisi  Aleks Fergüsson haqqında bunları söyləyib: “Mançester Yunayted”ə qayıtmağımda Fergüssonun böyük rolu olub. “Mançester Siti”yə çox yaxın idim, amma müqavilə imzalasaydım, sadiq biri olmazdım. Bu, şüurlu bir qərar idi. Geri qayıtdığım üçün heç vaxt peşman olmamışam.  Aleks Fergüsson geri dönüşün ən vacib hissəsi idi. O, mənə zəng etdi və dedi: “Mançester Siti” ilə müqavilə imzalaya bilməzsən, bu, mümkün deyil”.

“Heç nə yaxşılaşmayıb!”

Ronaldo bildirib ki, “Mançester Yunayted”ə qayıtdıqdan sonra klubdan heç nəyin dəyişmədiyini görüb: “Mançester Yunayted”ə qayıtmaq inanılmaz idi. İmza atdığım həftə başa düşdüm ki, klubda heç nə yaxşılaşmayıb. Dünya mənim haqqımda danışırdı. Onlar deyirdilər ki, “Kriştiano aid olduğu yerə, evinə qayıdır”. Geri qayıtmaq çox gözəldir. “Old Trafford”da azarkeşlər üçün oynamaq, 2 qol vurmaq əla idi. Heç vaxt unuda bilməyəcəyim bir gün idi. İlk oyunda azarkeşlər yenidən “Viva Ronaldo” qışqırdılar. “Mançester Yunayted” azarkeşləri mənim üçün hər şey deməkdir.  Messi də daxil olmaqla, ilk 24 saatda ən çox forması satılan oyunçu olduğum üçün xoşbəxt idim. Mən rekordları izləmirəm, rekordlar məni izləyir”.

“Çox pis mənada təəccübləndim”

“Mançester Yunayted”lə müqavilə imzaladığım gün hər şeyin yaxşılaşdığını düşündüm. Klubdan ayrıldığım vaxtdan 13 il keçmişdi. Gələndə hər şeyin fərqli olacağını xəyal edirdim. Texnologiya, infrastruktur, duşlar və s. Mən pis mənada təəccübləndim.Hər şey eyni qalmışdı. “Mançester Yunayted”dəki qeyri-sabitliyə çox təəccübləndim. Onların Ole Qunnar Sulşer haqqında fikirləri bir saat ərzində dəyişdi. O, yayda Sanço,Varanı və məni transfer etmişdi. Sulşerdən xoşum gəlir, o, əla insandır. Məşqçi kimi istədiyini görmədi, amma bacardığını etdi.Yaxşı iş gördü, ona daha çox vaxt lazım idi. Sulşerin yaxşı məşqçi olacağına şübhə etmirdim.

Mən “Mançester Yunayted”in adına layiq olduğunu düşünmüşdüm. Ser Aleks Fergüssonun gedişi klubda böyük bir boşluq buraxdı. Təkcə Fergüssonun deyil Devid Qill kimi yaxşı bir adamın getməsi də kluba təsir etdi.Buna görə də bilirdim ki, “Mançester Yunayted” eyni klub deyil”.

“İrəliləyiş yoxdur. Klub “Yuventus” və ya “Real Madrid”lə müqayisə oluna bilməz”.

Ronaldo “Mançester Yunayteddə inkişaf sıfıra bərabər olduğunu qeyd edib: “Bu, “Real”,  hətta “Yuventus”la belə müqayisə oluna bilməz. “Mançester Yunayted”də, texnologiyanı, təlimi, qidalanmanı izləmirlər. Klub əvvəlkindən yaxşı durumda deyil. Mançester “Yunayted” “Real” və “Yuventus”dan xeyli geridədir. Bu cür klub zirvədə olmalıdır, amma təəssüf ki, elə deyil. Onlar o səviyyədə deyillər. Ümid edirəm ki, “Mançester Yunayted” qarşıdakı illərdə zirvəyə yüksələcək. Nə baş verdiyini bilmirəm, amma Aleksdən sonra klub bir addım da irəli getməyib”.

“Sən hətta məşqçi deyilsən, amma “Mançester Yunayted”in rəhbəri olmağa çalışırsan”

Ronaldo Sulşerdən sonra Ralf Ranqnikin baş məşqçi təyin olunması ilə əlaqədar söyləyib: “Əgər Ole Qunnar Sulşeri istefaya göndərirsinizsə, dünyanın ən yaxşı məşqçilərindən birini təyin etməlisiniz, bir idman direktorunu yox! Bu, gülünc qərar idi, elə deyilmi? Sən hətta məşqçi deyilsən, amma “Mançester Yunayted”in rəhbəri olmağa çalışırsan.  Ralf Ranqnik  komandaya rəhbərlik edəndə ona çox hörmət edirdim: Nə olursa olsun, o, baş məşqçi idi. Karyeramda bütün məşqçilərimə “boss” dedim. Bununla belə,  heç vaxt onu rəhbər kimi  görmədim. Heç vaxt qəbul edə bilmədiyim məqamları gördüm. Çətin vaxtlar idi.

“Heç əziyyət çəkməmiş kimidirlər”

Ronaldo daha sonra bildirib: “Mən həmişə qalib olmaq istəyən klubdayam. Bu kluba öz təcrübəmlə kömək etmək istəyirəm. Bəzi məşqçilər var ki, bunu qəbul etmirlər, bu, işin bir hissəsidir. Gənc oyunçular veteranlara hörmətsizlik etmirlər. Onlar qələbəyə heç ac da deyillər, onlar üçün çox asandır. Heç əziyyət çəkməmiş kimidirlər. Gənc oyunçuların qarşısında dünyanın ən yaxşılarından biri var. Onlara nümunə olmasam, mənim üçün ayıb olardı. 18-19 yaşım olanda mən Van Nistelroyu, Ferdinand, Roy Kin və Rayan Giqqzi izləyirdim, onlar mənə örnək olardı. Belə bir düşüncəyə sahibəm. Bədənimə, ağlıma fikir verirəm. Çünki o insanları nümunə götürmüşəm. Bu işi onlardan öyrənmişəm”.

Ronaldo gənc futbolçulara verdiyi tövsiyələrdən danışaraq bunları deyib; “Mən gəncləri kənara çəkib məsləhət verən biri deyiləm. Gördüyüm işlərlə nümunə olmağa çalışıram. Hər səhər bazaya birinci getməyə çalışıram. Həmişə ilk gələn mənəm və bazanı ən son tərk edirəm. Məncə, bu cür şeylər  vacibdir. Mən nümunə olmağı sevən biriyəm. Bəziləri məni izləyir, amma çoxu izləmir. Təcrübəli oyunçulara əhəmiyyət vermir. Məncə, bunu vecinə almayanların karyerası çox uzun sürməyəcək. Mənimlə oynamağa başlayanların çoxu asanlıqla 36-37 yaşa kimi oynayır, amma bu yeni nəsil o yaşa qədər meydanda ola bilməyəcək”.

“Onlar həmişə yanımda qalacaq”

Ronaldo dünyaya gəldiyi gün ölən övladı ilə bağlı da danışıb: “Uşağım hər zaman yanımdadır.  Atam da həmçninin. Burada mənim evimdədirlər. Ömrümün sonuna qədər yanımda olacaqlar. Evə qayıdanda uşaqlar soruşdular: “Digər körpə haradadır? Böyük oğlumla danışdım, 12 yaşı var, yaxşı söhbət oldu, bir yerdə ağladıq. Vəfat edən atam və oğlumla hər gün danışıram. Onlar daha yaxşı insan olmağıma kömək edirlər. İngilis xalqına oğlumu itirəndə mənə dəstək olduğu üçün təşəkkür edirəm. Onlar mənə kömək etdilər. Kraliça Elizabet mənə məktub yazdı. Bu, məni təəccübləndirdi. İngilisləri sevirəm və hörmət edirəm, onlar həmişə hyatımın ən çətin anında mənə sahib çıxdılar.

Bu hadisələrdən sonra futbola qayıtmaq mənim üçün çətin oldu, amma sevgilim Corcina Rodriqez mənə kömək etdi. Mənə qayıtmaq imkanı verdi. O, çox güclüdür. O, çox şey yaşadı, Argentinada anadan olub, ailəsində problemlər var idi. Yaşına görə çox yetkindir. Bir-birimizə kömək edən yaxşı cütlüklərimiz var.

Toy üzükləri? Mən hələ bu barədə düşünmürəm, amma biz buna layiqik. Gələcəkdə, bəli, istəyirəm”.

“Erik ten Haqı çox az  tanıyırdım”

Ronaldo baş məşqçisi Erik tan Haq barədə bunları bildirib: “Mançester Yunaytedə gəlməmişdən əvvəl Erik ten Haq haqqında, “Ayaks”dakı işindən çox az şey bilirdim. Bir az… Kriştiano Ronaldonu tənqid etmək başqaları ilə müqayisədə daha asandır. Zirvədə və zəif ikən öncədən görmədikləriniz fərqinə varırsınız Pis anlarıma mən də minnətdaram. Kimin yanımda olduğunu, kimin üz döndərdiyini görürəm”.

“Onunla heç vaxt yemək yemərəm”

O, sosial mediada ən çox izlənən şəxs olduğunu söyləyib: “Bu, təkcə yaxşı futbolçu olduğum üçün deyil. Mən həm də xarizmatikəm. Yaraşıqlı olmağım da buna səbəb olur. Əsl səbəbini bilmirəm, amma mən insanların dadmaq istədiyi meyvəyəm. Runinin tənqidlərini görəndə təəccüblənirəm. Məni niyə belə sərt tənqid etdiyini bilmirəm. Yəqin ki, məni qısqanır. 30 yaşlarında karyerasını başa vurdu. Mən isə  hələ də ən yüksək səviyyədə oynayıram. Ondan daha yaxşı görünürəm.

Nevil mənim dostum deyil, həmkarımdır. Birlikdə futbol oynayırdıq, amma başqa heç nə yoxdur. Onunla heç vaxt  yemək yemərəm. Soyunub-geyinmə otağında yanında dayanan birini necə tənqid edə biləcəyinizi anlamaqda çətinlik çəkirəm. Birlikdə futbol oynamışıq, amma başqa heç nə yoxdur”. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər