• 27 İyul 2024 06:34

İdman olmayan Şəkidə “İdmanın bayramı” keçirilir.

Şəki sakini Məmməd Məmmədov yazır:

“1988-ci ilin noyabr ayında Şəkidə indiki Cümə məscidinin yerində fəaliyyət göstərmiş Uşaq-Gənclər İdman Məktəbinin yerləşdiyi bina yanaraq yararsız hala düşüb. Həmin vaxtdan idman məktəbi 19 saylı orta məktəbin şəraitsiz idman zalında fəaliyyət göstərir. Şəkidə fəaliyyət göstərmiş “Məhsul” idman cəmiyyətinin zalı sökülərək, yerində hotel tikilib. Şəkidə Fizuli parkının həyətində fəaliyyət göstərmiş Əl Oyunları Stadionu “Billur Saray” şadlıq evinin avtomobil dayanacağı kimi fəaliyyət göstərir. Şəki Uşaq Şahmat Məktəbi binasının isə qəzalı vəziyyətdə olduğu deyilir. Amma əsas olan odur ki, Şəkidə İdman Bayramı keçirilir”.

Tacxeber.com

Oxşar xəbərlər