• 23 Noyabr 2024 03:42

“Saç əkdirib, plastik əməliyyat etdirmişəm, özümdən ləzzət alıram“

“Saç əkdirmişəm. Üç ay bundan əvvəl gözlərimin altında torbacıqlar vardı. Onları əməliyyat vasitəsi ilə götürtmüşəm. Özüm-özümdən ləzzət alan insanam. Güzgüyə baxanda saçımın biri səliqəli durmayanda tez su ilə isladıb düzəldirəm. Mən bu cür adamam. Kim bəyənir bəyənsin, kim bəyənmirsə, bəyənməsin”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “7 canlı” proqramında deyib. İfaçı plastik əməliyyat etdirməsindən danışıb. O bildirib ki, özünü hər zaman gənc görmək istəyir:

“Gözün altındakı torbalar yuxusuz gecələr, əzab-əziyyət nəticəsində əmələ gəlir. Ailə saxlamaq, övlad böyütmək, tərbiyələndirmək, oxutmaq, onların ailələrini qurması var. Bəzən görürsən ki, izləyicilər sosial şəbəkədə şərh yazırlar ki, “Get plastik əməliyyat etdir”. Sən dünyadan bixəbər olan adamsan. Bu qədər estetik klinikalar var. Bəs, ora kimlər getməlidir? Elə ifaçı olub ki, gəlmişəm qulağına söz deməyə, dərhal aralaşmışam. Adam, istəyir ona ətir vursun. İnsan özünə baxmalıdır. Estetik əməliyyatlar kişiliklə ölçülmür”.

Tacxeber.com

Oxşar xəbərlər