Məşhur kolumbiyalı müğənni Şakira DÇ-2022-nin açılış mərasimində çıxış etməyəcək.
Müğənni turnirin başlamasına bir neçə gün qalmış ölkədə insan haqlarının pozulması ilə bağlı Qətərdəki siyasi rejimin tənqidi fonunda mərasimdə çıxış etməkdən imtina edib. Bundan əvvəl Dua Lipa və Rod Stüartın da dünya çempionatının açılış mərasimində çıxış etməyəcəyi bildirilirdi. (qol.az)