• 23 Noyabr 2024 00:18

Separatçılar arasında qarşıdurma: Vardanyan Arutyunyanı devirməyə hazırlaşır 

Ruben Vardanyan qondarma rejimin “dövlət naziri” vəzifəsinə təyin edildikdən sonra “hökumət”in tərkibində dəyişiklik etməyə tələsmir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri əlavə edib ki, ilk baxışdan bu, qəribədir, çünki o, geniş idarəetmə səlahiyyətləri alıb:

“Əgər Artak Beqlaryan “dövlət naziri” vəzifəsində 5 sahəyə rəhbərlik edirdisə, Ruben Vardanyanın nəzarətində silahlı qüvvələr istisna olmaqla, bütün “nazirlik”lər, eləcə də bütün “dövlət orqanları”, hətta “Artsax XİN” belə var”.

Qəzet aydınlaşdırıb ki, Vardanyanın bir neçə səbəbə görə tələsmədiyi barədə şayiələr var:

“Baxmayaraq ki, əvvəldən o, öz adamlarını şöbə müdirləri təyin etmək istəyib. “Dövlət naziri” Ermənistandan özünə yaxın adamları dəvət etməyə çalışsa da, “Artsax”da ona başa salıblar ki, bu addım heç bir nəticə verməyəcək”.

“Hraparak” yazır ki,“Artsax”ın “hökumət kabineti”nə Ermənistandan yalnız 1-2 erməni cəlb etmək olar:

“Ona bildiriblər ki, bu saydan daha çox ola bilmız. O cümlədən Vardanyan bütün bunları nəzərə alaraq, özünə qarşı “düşmən” ordusu yaratmamaq üçün tələsmir. Mənbələrimiz deyir ki, o, kimin gedib, kimin qalacağına qərar verib, hətta başqalarına da vaxt verib ki, bəlkə onunla əməkdaşlıq etsinlər”.

KİV vurğulayıb ki, yeni ildən yeni kadr siyasətinə start veriləcək:

“Bizə onu da bildirdilər ki, hansısa mərhələdə güc strukturlarının da Vardanyanın nəzarətinə keçəcəyi ilə bağlı razılaşma var”.

Müşahidəçilər məşhur milyarderin “ordu”ya nəzarəti ələ keçirəndən sonra separatçı rejimin başçısı Arayik Arutyunyana son zərbəni vuracağını proqnozlaşdırırlar. Onların fikrincə, yeni ildən kadr dəyişikliklərinə start verməyi planlaşdıran Ruben Vardanyan gələn ilin ortalarında Arayiki devirərək, qondarma rejimin başına keçməyi hədəfləyir.

Tacxeber.com

Oxşar xəbərlər