İstanbulda terror aktı törədən Ahlam Albashırın yeni ifadəsi açıqlanıb.
Tacxeber.com xəbər verir ki, qadın terror qruplaşmasına sevgilisinə görə qoşulduğunu ifadə edib. O bildirib ki, Ahmed adlı şəxslə sevgili olub. Qadının sözlərinə görə, Ahmed Cerablusa gedəndən sonra o da şəhərə gedib. “Burada terrorçular məni əməkdaşlığa cəlb etdi. Bir müddət sonra Ahmedin izini itirdim. Lakin qruplaşma ilə əlaqəm kəsilmədi. Onlar məni buraxmaq istəmədi” – qadın qeyd edib.
Qeyd edək ki, İstanbulda törədilən terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.