• 23 Noyabr 2024 05:13

Ukrayna ordusu sürətlə Krıma yaxınlaşır

Ukrayna ordusu sürətlə Krıma yaxınlaşır

Ukrayna ordusu Dnepr sahillərinə çatıb. Bu da işğal olunmuş Krım yarımadasına yaxın zonaya nəzarət təmin etməyə imkan verir.

Tacxeber.com xəbər verir ki, bu sözləri Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov deyib.

“Hərbçilərimiz həqiqətən də Dnepr çayının sahillərinə çatıblar ki, bu da bizə müvəqqəti olaraq işğal olunmuş Krım yarımadasına yaxın ərazilərə nəzarət etməyə imkan verir. Artilleriyaçılar və ümumilikdə Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri qarşı tərəfi məğlubiyyətə uğratmaq üçün hər şeyi edir”, – deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər