• 03 Yanvar 2025 08:08

Azərbaycan 3 ölkədə səfirlik açır – Məclis razılıq verdi

Azərbaycan 3 ölkədə səfirlik açır -

Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü iclasında Azərbaycanın İsrail, Keniya, Albaniyada səfirlik açması məsələsi müzakirəyə çıxarılıb.

Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib.

Qanun layihələrinə əsasən, Azərbaycanın İsraildəki səfirliyi paytaxt Təl-Əvivdə, Albaniyadakı səfirliyi paytaxt Tiranada, Keniyadakı səfirlik isə Nayrobi şəhərində yerləşəcək.

Toplantıda həmçinin “Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihələri də müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaraq qəbul edilib.

Tacxeber.com

Oxşar xəbərlər