Türk dünyası istər AB-dən, istərsə də ABŞ-dan gələn heç bir təhlükə qarşısında boyun əymir.
Tacxeber.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvlüyünə münasibət bildirərkən deyib.
“ABŞ-a deyirik ki, onlar həm Türkiyə-Yunanıstan münasibətlərində, həm də Kıbrısda balansı pozublar. Beynəlxalq hüquqdan danışırsınızsa, balanslı olun. Türk dövrü, türk baharı başlayıb. Deyə bilərik ki, Quzey Kıbrısın Türk Dövlətləri Təşkilatına üzvlüyü ilə yeni dövr açılıb və bu məsələdə nə ABŞ-ın, nə də başqasının icazəsinə ehtiyacımız yoxdur”, – deyə Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqıŞimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvlüyü ilə bağlı qərarı pisləyib.