• 27 İyul 2024 05:03

Dünya çempionatının (futbol üzrə) statistikası haqda maraqlı araşdırma yazı.

Yadigar Sadıqlı

Noyabrın 20-də Qətərdə futbol üzrə dünya çempionatı başlayacaq. 32 komandanın iştirak edəcəyi idman festivalı 4 həftə davam edəcək. Çempion dekabrın 18-də müəyyənləşəcək. Oxuculara maraqlı ola biləcəyini nəzərə alaraq, dünya çempionatlarının statistikasını bölüşməyi qərara aldım.

 

***

 

İlk dəfə müsəlman ölkəsində keçirilən çempionat sayca 22-cidir və Qətər ev sahibliyi edəcək 18-ci ölkədir. Beş ölkədə çempionat iki dəfə keçirilib: İtaliya (1934, 1990), Fransa (1938, 1998), Braziliya (1950, 2014), Meksika (1970, 1986) və Almaniya (1974, 2006). Dünya çempionatları tarixində yalnız bircə dəfə, 2002-ci ildə turnir eyni vaxtda iki ölkədə – Yaponiya və Koreya Respublikasında keçirilib. Uruqvay, İsveçrə, İsveç, Çili, İngiltərə, Argentina, İspaniya, ABŞ, CAR və Rusiya hərəyə bir dəfə ev sahibi rolunda çıxış ediblər.

 

İlk dəfə ikiqat ev sahibi Meksika olub və bu, təsadüfən alınıb. 1986-cı ilin dünya çempionatını öncə Kolumbiyada keçirmək qərara alınmışdı. Ancaq ölkə maliyyə səbəblərindən bundan imtina etdi. Yeni seçkilərdə Meksika qalib gəldi.

 

İyirmi çempionat ərzində ev sahibləri 6 dəfə çempion olublar. 1930-cu ildə Uruqvay, 1934-cü ildə İtaliya, 1966-cı ildə İngiltərə, 1974-cü ildə Almaniya Federativ Respublikası, 1978-ci ildə Argentina və 1998-ci ildə Fransa. Almaniya xaric, onların hər biri ilk dəfə çempion olurdu. CAR qrup mərhələsində mübarizəni dayandıran yeganə ev sahibidir.

(Ardı var)

Tacxeber.com

Oxşar xəbərlər