Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bu haqda İran səfiri bildirib.
Diplomat qeyd edib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, ikitərəfli münasibətlərin inkişafının zəruriliyi vurğulanıb.