• 03 Mart 2024 19:28

İlham Mirzəyev “TikTok” qazancını açıqladı – VİDEO

“Şəxsiyyətsiz insanların çoxu “TikTok”dadır. Onlara nifrət edirəm”.

Tacxeber.com “Bizim.Media”ya istinadən xəbər verir ki, bu sözləri keçmiş teleaparıcı İlham Mirzəyev “Space maqazin” verilişinə müsahibəsində deyib.

İlham “TikTok” sosial şəbəkə platformasında xoşagəlməz videoları ilə “qaz vurub, qazan dolduran” bloqerləri sərt şəkildə tənqid edib.

“Tüpürüm o pula, qazanca ki, söyüş, tərbiyəsizlik və əxlaqsızlıqla olur. Ondansa acından ölərəm, amma mərd olaram”, – deyə İ.Mirzəyev deyib.

Sözügedən sosial şəbəkədən tez-tez canlıya çıxan aparıcı qazancını da açıqlayıb.

“Orada məni sevənlər hədiyyə atırlar. “TikTok”da ən bahalı hədiyyə “Şir” sayılır, onu da mənə atıblar. İnsanlar var ki, səhərdən axşama kimi orada yatıb qalır. Amma mən ürəyim istədiyi zaman açıram, bağlayıram. Allah bərəkət versin. İşləməsəm, “TikTok”dan pul qazanaram. Bütün günü canlı açsam aya 2000-3000 dollar (təxminən 3400-5100 manat) qazanaram. İndiyə kimi “TikTok”dan 7000- 8000 dollara (təxminən 11900 – 13600 manat) yaxın pul qazanmışam”.

Tacxeber.com

Oxşar xəbərlər