• 23 Noyabr 2024 03:56

“Putin özünü alçalmış hiss edir”

“Putin özünü alçalmış hiss edir”

 

Rusiyalı politoloq Andrey Piontkovski Xersonun əldən verilməsini Kreml üçün ölümcül zərbə sayır. Buna baxmayaraq, o, hesab edir ki, Rusiya hakimiyyəti bu məğlubiyyətlə bir müddət əvvəl barışıb. Yəni Kreml rəhbərliyi gerçəyi çox yaxşı anlayır.

“Onlar aylar əvvəl reallığı qəbul ediblər. Buna görə də Putin üçün mənəvi sarsıntıdan danışmağa dəyməz. Məsələn, Çinin rəhbəri Sinin mövqeyi, Zelenski ilə danışıqların baş tutmaması ona daha pis təsir edir. Orada başqa məqam da var. Si ritorikasını qəfil dəyişdi. 20-ci qurultayda Tayvanı Çinə birləşdirməkdən danışırdı. Bu sammitdə isə Baydenlə bir-birilərinə kompliment deyirdilər.

Maraqlıdır ki, Si hətta həmkarını bu məsələdə üstələməyə çalışırdı. Haradasa Çin müdrikliyi adlandırmaq olar”.

Piontkovski Çin liderinin dünyanın bipolyarlığı haqqında söz açmasını xüsusi qeyd edir. Bayden sammitdə demişdi ki, elə rəqabət aparmaq lazımdı, bu, dünyanın yalnız inkişafına xidmət etsin. Si cavab vermişdi ki: “Niyə rəqabət aparaq? Dünya böyükdür, ikimizə çatar”. Piontkovski düşünür ki, bütün bunlar Putin üçün böyük rüsvayçılıqdır. O, özünü alçalmış hiss edir. Belə rüsvayçılığın üzərinə Zelenskinin danışıqlardan boyun qaçırması da gəlib. Ona Zelenski ilə açıq televiziya debatı təklif edirlər. ABŞ-da güvəndiyi adam olan Donald Tramp Respublikaçılar Partiyasında uğursuzluğa uğrayıb. “Putin üçün çox ağır həftə olub”, – Piontkovski deyir.

Həqiqətən də, Rusiya Prezidenti bir-birinin ardınca zərbələr alır. Bütün yollar məğlubiyyətə aparır. Sanki Putini heç nə xilas edə bilməyəcək. (Bizimyol.info)

Tacxeber.com

Oxşar xəbərlər