• 08 Sentyabr 2024 04:14

Qadınlar parlamentdə uşaq əmizdirə biləcək – YENİ QAYDA

Qadınlar parlamentdə uşaq əmizdirə biləcək - YENİ QAYDA

İtaliyanın Baş naziri Corca Meloni qadın deputatların uşaqlarını parlamentin iclas zalında əmizdirməsinə icazə verən qərarı təqdir edib.

Baş nazir bu qərarı doğru addım hesab edib və qadınlara diqqətin təzahürü kimi qiymətləndirib.

Meloni bildirib ki, bu yolla qadınlar iş və ev həyatı arasında balansı qoruya biləcəklər.
Yeni qaydaya görə, uşaqlı deputatlar üçün iclas zalının amfiteatrında və ya lojada xüsusi yerlər ayrılacaq və bura heçbir halda kənar şəxslər buraxılmayacaq.

Tacxeber.com

Oxşar xəbərlər