• 08 Sentyabr 2024 06:23

Rus ordusu məğlub olur – Geri çəkilməkdən başqa seçimi qalmadı

Qərb ekspertlərinin fikrincə, Rusiya qoşunlarının Xersondan əvvəlcədən planlaşdırılmış şəkildə geri çəkilməsi Xarkov vilayətindəki uğursuzluqdan sonra rus komandanlığının nəticə çıxardığını göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Newsweek” qəzeti yazır.

Amerikalı hərbi analitik Maykl Kofman hesab edir ki, rus ordusunun Xersondan çıxarılması mütəşəkkil şəkildə həyata keçirilib.

“Məğlubiyyət heç vaxt mənəvi durum üçün yaxşı deyil, amma Xersondakı vəziyyət İzyum və Lymandakından fərqli idi. Bu, İzyumda gördüyümüz durum deyildi, ağır itkilər və tərkedilmiş texnika anbarları ilə mütəşəkkil geri çəkilməydi. Belə görünür ki, Rusiya şəhərdə qalan qüvvə və texnikasının əsas hissəsini geri çəkib”.

Onun fikrincə, rusların cənub istiqamətində geri çəkilməsi Rusiya ordusundakı pis durumdan xəbər verə bilər.

Bu fikri ABŞ Dəniz Piyadaları Korpusunun istefada olan polkovniki Mark Kançian da bölüşür. Polkovnik onu da deyib ki, rus işğalçılarının Xerson vilayətindəki bölmələri daha nizam-intizamlı idi.

Kanianın fikrincə, fevralın 24-də tammiqyaslı işğal başlayandan bəri rusların ələ keçirə bildiyi yeganə regional mərkəzi itirməsi Vladimir Putin üçün ciddi siyasi məğlubiyyət oldu. Amma ekspertə görə, rusların geri çəkilməsi indiki vəziyyətdə yeganə düzgün seçim idi. Bunun sayəsində Xersonda texnika və şəxsi heyətdəki itkiləri nisbətən cüzi oldu.

Tacxeber.com

Oxşar xəbərlər