• 27 İyul 2024 06:52

“Sədərək”də mağazaya basqın edən şəxs tutulub

“Sədərək”də mağazaya basqın edən şəxs tutulub

“Sədərək” ticarət mərkəzində mağazaya basqın edən şəxs tutulub.

Bu barədə məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Qardağ rayonunda yerləşən ticarət mərkəzində quldurluq əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər