• 22 Noyabr 2024 17:37

Azərbaycanda axund faciəvi şəkildə öldü.

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevin Lent.az-a bildirdiyinə görə, hadisə 18 noyabr saat 19 radələrində Lənkəran rayon Mamusta kəndində baş verib:

“Rayon sakini S.Abbasov idarə etdiyi motosikletlə hərəkətdə olarkən piyada qismində olan həmin kəndin sakini 47 yaşlı Əkrəm Hüseynovu vurub. Qapalı kəllə beyin travması alan Ə.Hüseynov xəstəxanaya çatdırılıb, lakin bir neçə saatdan sonra orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, Ə.Hüseynov rayonun Kosalar kənd məscidinin axundudur. (Baku.ws)

Tacxeber.com

Oxşar xəbərlər