Blinken Paşinyanla sərt danşıb – Erməni mediası
“Bu yaxınlarda ABŞ Dövlət katibi Entoni Blinkenin Nikol Paşinyanla telefon danışığı olub. Rəsmi məlumatlardan çıxan nəticəyə görə, dövlət katibi bir sıra protokol formulları ilə yanaşı, Paşinyanı konkret nəticələrə nail olmaq üçün sülh prosesinin asanlaşdırılması istiqamətində irəliləyişi davam etdirməyə çağırıb”.
Bakupost.az xəbər verir ki, bu fikirlər Ermənistanın “Past” qəzetində dərc olunan məqalədə yer alıb.
“Əslində bu danışıqların daha dərin alt mətni var. Diplomatik mənbəmizin bildirdiyinə görə, Blinken Paşinyanla kifayət qədər sərt tonda danışıb ki, bunun da geosiyasi səbəbləri var. Ermənistan Xarici İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, Amerika tərəfi Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması təklifləri ilə bağlı İrəvanın siyasi sferasında səslənən mesajlardan ciddi narahatdır”, – deyə məqalədə bildirilir.
Yazıda qeyd olunur ki, Ermənistan hakimiyyəti dəfələrlə açıq şəkildə Rusiyanın təkliflərinin (Qarabağ məsələsinin həllinin gələcək nəsillərə ötürülməsi, Rusiya sülhməramlılarının mandatının uzadılması və s.) tərəfdarı olduğunu bəyan edib. Qəzet yazır ki, bu səbədən Amerika tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün “Vaşinqton variantından” fərqli olaraq, “Rusiya versiyası”nın sonda dominant olacağından ciddi şəkildə narahatdır.