Ermənistandakı bizmesmen partiya sədri Xankəndində “rus mərkəzi” yaratdı…-FOTOLAR
Noyabrın 19-da Qarabağdakı separatçı-terrorçu rejimin Araik Arutyunyan Xankəndində qanunsuz rus mərkəzini açıb.
Tacxeber.com xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, üzdəniraq mərkəz “Çiçəklənən Ermənistan” partiyasının sədri, “eşşək” ləqəbi ilə tanınan oliqarx Qagik Sarukyanın sponsorluğu ilə qurulub.
“Qurumun fəaliyyəti rus dilinin, rus mədəniyyətinin və tarixinin populyarlaşdırılmasına, təhsil sahəsində dialoqun və sıx əməkdaşlığın inkişafına yönəldiləcək. Mövcud zəngin kitab fondu sayəsində gənc nəsil də rus yazıçılarının əsərlərini öyrənmək imkanı əldə edəcək” – xəbərdə belə deyilir.
Tacxeber.com