• 23 Noyabr 2024 01:22

Gey olduğunu etiraf etdi – Prezidentin mətbuat konfransında

FİFA-ın ictimaiyyətlə əlaqələr direktoru Brayan Suonson gey olduğunu etiraf edib.

Tacxeber.com xəbər verir ki, o, FİFA prezidenti Canni İnfantinonun dünya çempionatı ilə bağlı Qətərdə keçirdiyi mətbuat konfransının sonunda bu etirafı edib:

“Mən FİFA-da işə başladığım gündən Qətərdə keçirilən Dünya Çempionatı ilə bağlı LGBT icması da daxil olmaqla, Canni İnfantinonun çox tənqid edildiyini gördüm. Amma demək istəyirəm ki, burada özümü gey kimi çox rahat hiss edirəm.

Bizi əmin etmişdilər ki, bu dünya çempionatında hamı xoş qarşılanacaq. Canni İnfantinonun, homoseksual olmadığı üçün geylərin hüquqları haqqında düşünmədiyini iddia edə bilmərik.

Əminliklə deyə bilərəm: biz hamı ilə maraqlanırıq, biz inklüziv hüquqi şəxsik, çoxlu gey həmkarlarımız var. Fərqli fikirlərə hörmət edirəm. Amma mən nəyi müdafiə etdiyimizi də bilirəm.

Uzun müddət düşündüm ki, mətbuat konfransında bu etiraf edim, ya yox. Mənim etirafım həm də ittihamlara cavabdır”. (Aut.az)

Tacxeber.com

Oxşar xəbərlər