Pakistanın keçmiş baş naziri İmran Xan tərəfdarlarını noyabrın 26-da paytaxt İslamabadla qonşu Ravalpindiyə toplaşmağa çağırıb.
Tacxeber.com xəbər verir ki, noyabrın 3-də silahlı hücumdan sonra evdə müalicə alan Xan Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) tərəfdarlarına video zəng edib.
Xan PTI tərəfdarlarını noyabrın 26-da İslamabadın qonşusu Ravalpindi şəhərində toplaşmağa çağıraraq, onun da orada olacağını və növbəti fəaliyyət planını elan edəcəyini bildirib.
Hökumətə növbədənkənar seçkilər çağırışını davam etdirən Xan, aprel ayında Şahbaz Şərif hökumətinin vəzifəyə başlamasından bu yana ölkədə heç bir müsbət inkişafın olmadığını vurğulayıb.