İstanbulda törədilən terrorla bağlı Bolqarıstanda 5 nəfər saxlanılıb
Bolqarıstan polisi İstanbulun İstiqlal küçəsində 6 nəfərin həyatına son qoyan terror aktı ilə bağlı 5 şübhəlini saxlayıb.
Bu barədə şənbə günü Bolqarıstan milli televiziyası hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Saxlanılanlar arasında Moldova vətəndaşları və ərəb əsilli şəxslərin də olduğu qeyd edilir.
Bolqarıstan Prokurorluğunun rəsmi nümayəndəsi Siyka Mileva saxlanma ilə bağlı məlumatı təsdiqləyərək bildirib ki, beş nəfərdən dördü 72 saatlıq saxlanılıb və onların daimi həbsi üçün məhkəməyə tələb irəli sürülüb.
İlkin məlumatlara görə, saxlanılanlar terror aktının təşkilatçılarını maddi-texniki və kommunikasiya dəstəyi ilə təmin ediblər. (TASS)