• 22 Noyabr 2024 17:51

Kamran Həsənli: “Ermənilər həmişə bizə məxsus ən yaxşı nümunələri oğurlayıblar”

Kamran Həsənli: “Ermənilər həmişə bizə məxsus ən yaxşı nümunələri oğurlayıblar”

“Ermənilər həmişə bizə məxsus ən yaxşı nümunələri oğurlayıblar”.

Tacxeber.com xəbər verir ki, bunu tanınmış azərbaycanlı teleaparıcı və şoumen Kamran Həsənli “Danışaq” podkastında Həmid Həmidova müsahibəsində deyib.

“Tarix göstərir ki, ermənilər əla oğru və pis əsgərdirlər. Onlar oğrudur. Bütün yeməklərini və musiqilərini bizdən oğurlamaqla bizə çox oxşar olublar. Buna görə bəlkə də biz ən bənzər millətlərik”,- o bildirib.

Onun sözlərinə görə, ermənilər torpaqlarımıza köçürüldükləri üçün yeganə çıxış yolları Azərbaycan mədəniyyətini oğurlamaq olub: “Eyni zamanda, tarix göstərir ki, ermənilər vuruşmağı bacarmırlar. Onlar bəyəm döyüşçülərdir?! Tarixə baxsanız, bir dənə də olsun erməni sərkərdə tapa bilməzsiniz. Amma bütün məşhur türk sərkərdələrini sadalamağa başlasanız azı iki gün vaxtınız gedər”.

K.Həsənli Azərbaycanda mədəniyyətin inkişafına da toxunub və Yazıçılar Birliyinin oktyabr ayında keçirilmiş qurultayını tənqid edib: “Bizə bu gün Yazıçılar İttifaqı kimi birliklər lazım deyil. Bunların hamısı sovet dövrünün qalıqlarıdır”.

Tanınmış şoumen sənət adamlarının azad olmasının kommunist rejiminə sərf etmədiyi üçün “fəxri adların” verildiyini və hazırda buna ehtiyac olmadığını vurğulayıb.

Müsahibə zamanı azərbaycanlı teleaparıcı və şoumen televiziyanın hazırkı durumu, türk millətçiliyi, musiqi, kino, jurnalistikanın səviyyəsi və bir çox digər məsələlərlə bağlı fikirlərini də bölüşüb.

Oxşar xəbərlər