• 09 Dekabr 2024 20:25

Zülm səltənətində qan gölü – zorakılığa qarşı etiraz azadlıq hərəkatlarına çevrilib

Zülm səltənətində qan gölü – zorakılığa qarşı etiraz azadlıq hərəkatlarına çevrilib
Zülm səltənətində qan gölü – zorakılığa qarşı etiraz azadlıq hərəkatlarına çevrilib
Stalin haqqında çəkilən filmlərdə, yazılan kitablarda bir epizod var, böyük ehtimalla tam həqiqəti əks etdirir. Epizod belədir: Stalin qızı Svetlanaya ailə qurduğu oğlanın yəhudi olmasını irad tutur, Sveta atasına cürətli cavab verir, deyir, ona qalsa, sən də gürcüsən. Stalinin bu sözə cavabı belə olur: “Mən gürcü deyiləm, rusam. Rus dövlətinə rəhbərlik edən şəxs başqa millətdən ola bilməz, rus olmalıdır”.
Stalin bu sözləri deyərkən, təbii ki, özünün etnik kökənini yox, hərbi-siyasi və mədəni-mental varlıq olaraq mənsubluğunu nəzərdə tuturdu, o bilirdi ki, onu dünyanın ən böyük iki dövlətindən birinin rəhbəri edən amil rus inqilabı, rus mədəniyyəti, rus təfəkkürüdür və o özünü sona qədər rus hesab etməlidir, rus kimi davranmalıdır.
Bu gün eyni durumu İranda da görürük. İranın ali dini lideri Əli Xamneyi milli mənsubiyyət etibarilə Azərbaycan türküdür, Təbriz yaxınlığındakı böyük Xamnə kəndində (hazırda kiçik şəhərdir) doğulub, amma o özünü fars mədəniyyətinin, fars-islam inqilabının əsəri sayır, özünü o millətdən hesab edir, İranda yaşayan Azərbaycan türklərinə ögeylik hiss edib-etməməsindən asılı olmayaraq, özünü İran dövlətinin keşikçi siyasi xadimi kimi aparır.
150322011252_khamenei_624x351_epa.jpg (28 KB)
Stalin SSRİ adlanan rus imperiyasının möhkəmlənməsi, qüdrətlənməsi üçün öz doğma xalqının yüz minlərlə oğlunu qurban verdiyi kimi, Xamneyi də hazırda həmin düşüncədədir.
İranda baş verən kütləvi etiraz aksiyalarının, iğtişaşların və onların qurbanlarının fonunda bunu aydın şəkildə görmək olur. Ekstremal hadisələrin 65-ci günündə 400-dən artıq mülki insan hərbi qüvvələr tərəfindən öldürülüb, minlərlə adam yaralanıb, minlərlə adam həbs olunub. Onların içində İranda yaşayan bütün xalqların oğlu-qızı olduğu kimi, Azərbaycan türkləri də var və bu say son günlərdə daha artmaqdadır.
Çünki etiraz aksiyalarının ilk günlərində bir qədər passiv olan, sonradan fəallaşan bölgələr kimi, inqilablar yuvası olan Təbriz də bu inqilabi hərəkətlənməyə qoşulub və getdikcə eskalasiyanın mərkəzinə çevrilməkdədir.
5544.JPG (40 KB)
                                      Zorakılığın ilk və son qurbanı – Məhsa Əmini və Aylar Həqiqi
Bu amil onsuz da İranın ən sabit vaxtlarında zindanların “bəzəyi” olan azərbaycanlı siyasi fəalların sayını artırıb. Ömrünün mühüm bir hissəsi İran zindanlarında keçən Abbas Lisaninin yanı artıq eyni fikirlərin daşıyıcıları olan siyasi mıhbuslarla doludur.
İslam inqilabından əvvəl, 45-50 il bundan öncə də azərbaycanlı siyasi fəallar İranda zindanların daimi sakinləriydilər, inqilabdan sonra da onların sayında azalma olmadı. Çünki milli hüquq və azadlıqlar sahəsində şahın dövründə olan problemlər mollakratiya rejimində də eynilə qalmaqda və etirazlar doğurmaqda davam edirdi.
Без названия (1).jpg (16 KB)
Bu siyasi dustaqların apardığı mübarizə heç də İranın bölünməsini hədəf götürən, mayasında separatizm olan hərəkatlar deyildi. İranlı fəallar sadəcə ana dilində təhsil, azad seçib-seçilmək, milli-mədəni muxtariyyata malik olmaq hüququ, asudə yaşamaq azadlığı tələb edirdilər. Sonradan həbsdən çıxaraq Avropa ölkələrinə sığınan fəalların tam əksəriyyəti İranda “Azərbaycan” adlı yeni bir dövlətin qurulmasını və o dövlətin eyni adlı başqa dövlətə birləşməsinin məqsəd kimi qarşılarına qoymadıqlarını bildirirlər. Onların əsas qayəsi demokratikləşən bütöv İranda bütün hüquq və azadlıqlardan yararlanaraq yaşamaqdır.
İranı idarə edənlər isə bu çoxmillətli dövlətin federallaşmasına belə qarşıdırlar, ona görə də istənilən milli-azadlıq hərəkatını İran dövlətinə təhlükə hesab edir, hər hansı bir hərəkətlənməni yerindəcə qanla boğmağa çalışırlar.
1666610793.jpg (109 KB)
İranda fars dominantlığının şiddətlənməsi son nəticədə Mehabadda çoxluq təşkil edən kürdlərin, Xuzistanda etnik çoxluq olan ərəblərin, Azərbaycan ostanlarında sayı milyonlarla ölçülən türklərin, Bəlucistanda kompakt yaşayan bəlucların, eləcə də o biri regionlarda yaşayan lorların, qaşqayların (əslində qaşqaylar Azərbaycan türkləridir və İraq türkmənləri kimidirlər) kütləvi etirazına səbəb olub.
İrandakı iğtişaşların səngiməməsinin mühüm səbəblərindən biri də budur. Ekstremal hadisələr insanların şəxsi həyatına, geyiminə, davranışına müdaxilə edən mollaların zorakılığına etiraz olaraq başlamışdısa, artıq bölgələrdə milli-azadlıq hərəkatına çevrilib.
354101.jpg (54 KB)
Bu hadisələrin sonunu proqnozlaşdırmaq çətindir. Meydanda sakitləşmək istəməyən xalq kütlələri və hakimiyyətlərinin əllərindən çıxması ehtimalı ilə barışmayan, bu yolda minlərlə adamı öldürməyə hazır olan molla rejimi var. Beləcə, zülm ərşə dirənməkdədir. Bugünkü İran zülm səltənətidir. /Musavat.com/

Oxşar xəbərlər