• 23 Noyabr 2024 02:23

Bankın 17 avtomobili satılır – QİYMƏTLƏR

“ABB” ASC-nin (Azərbaycan Beynəlxalq Bankı) balansında olan 17 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

Avtomobillərin start qiyməti 2000-40 000 manat civarındadır. İstehsal tarixləri isə 2005-2014-cü illəri əhatə edir.

Hərrac 30 noyabr 2022-ci il tarixində keçiriləcək.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

Tam siyahı ilə burada tanış ola bilərsiniz: https://clck.ru/32iHLh

Tacxeber.com

Oxşar xəbərlər