• 16 Sentyabr 2024 23:44

DÇ-2022: açılış matçında ilk hissə başa çatdı – YENİLƏNİR

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda ilk hissə başa çatıb.

Tacxeber.com xəbər verir ki, matçın ilk 45 dəqiqəsi Ekvadorun Qətər üzərində 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Hər iki qolu Enner Valensiya vurub.

xxx

20:35

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda hesab dəyişib.

Tacxeber.com xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində Ekvadorun hücumçusu Enner Valensiya özünün və komandasının ikinci qolunu vurub.

Hazırda oyun Ekvadorun üstünlüyü ilə davam edir – 2:0.

xxx

20:19

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda hesab açılıb.

Tacxeber.com xəbər verir ki, qarşılaşmanın 16-cı dəqiqəsində Ekvador hesabı açıb.

Belə ki, meydan sahibi Qətərin qapıçısı Əl Şib Enner Valensiyaya qarşı cərimə meydançasında kobud oynayıb.

İtaliya hakim Daiel Orsato penalti təyin edib. Zərərçəkən özü 11 metrlik nöqtədən dəqiq oynayıb.

Hazırda Ekvador qalib gəlir – 1:0.

xxx

20:02

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu start götürüb.

Oxu.Az xəbər verir ki, mundialın ilk matçında ev sahibi Qətər yığması ilə Ekvador üz-üzə gəlir.

A qrupu çərçivəsində keçirilən görüş günün yeganə qarşılaşması olacaq.

xxx

19:50

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu üçün start heyətləri bəlli olub.

Tacxeber.com xəbər verir ki, ev sahibləri ilə Ekvador arasında keçiriləcək ilk matçın start heyətləri aşağıdakı kimidir.

Qətər: 1. Saad əl-Şib, 2. Pedro Migel, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 15. Bassam Hişam, 16. Bualem Xuxi, 6. Əbdülaziz Hatəm, 10. Hassan Alhaydos, 12. Kərim Budiaf, 11. Əkrəm Afif, 19. Almaz Əli

Ekvador: 1. Ernan Qalindes, 2. Feliks Torres, 3. Pyero İnkapye, 7. Pervis Estupinyan, 17. Anxelo Presiado, 10. Romario İbarra, 19. Qonsalo Plata, 20. Ceqson Mendes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 13. Enner Valensiya

Qeyd edək ki, “El-Bayt” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Tacxeber.com

Oxşar xəbərlər