• 06 İyun 2025 16:28

DÇ-2022: “Fənərbağça”nın hücumçusu millinin tarixinə düşüb

 DÇ-2022: “Fənərbağça”nın hücumçusu millinin tarixinə düşüb
Paylaş

Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Ener Valensiya Ekvador millisinin tarixinə düşüb.

“Report”un məlumatına görə, hücumçu buna Qətərə qarşı dünya çempionatının açılış oyununda fərqlənməklə nail olub.

16-cı dəqiqədə penaltidən hesabı açan forvard ölkəsinin mundiallar tarixində ən çox qol vuran oyunçusu olub. Qollarının sayını 4-ə çatdıran Valensiya Aqustin Delqadonu (3) keçib.

Tacxeber.com

Oxşar xəbərlər