Bu gün Qətərdə start götürəcək dünya çempionatının açılış mərasimində səslənəcək himinin ifaçıları bəlli olub.
Tacxeber.com xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb. Turnirin açılış mərasimində Cənubi Koreyanın BTS qrupunun baş vokalisti Çon Çonkuq Qətərli müğənni Fahad Əl-Kubysi ilə birlikdə mundialın rəsmi himnini səsləndirəcək.
Turnirin açılış mərasiminin baş tutacağı “Əl Bayt” stadionunda səslənəcək mahnı “Dreamers” adlanır. DÇ-2022-nin açılış mərasimi BAKI vaxtı ilə saat 19:00-a planlaşdırılıb.