• 08 Sentyabr 2024 06:59

Dünyanın gözü Qazaxıstanda: Prezident postu uğrunda mübarizə başladı

Bu gün Qazaxıstanda prezident seçkiləri keçirilir.

Tacxeber.com xəbər verir ki, nu barədə nur.kz məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı postu uğrunda 6 nəfər, o cümlədən hazırkı Prezident Kasım-Jomart Tokayev mübarizə aparacaq.

Bu il dövlət başçısı 7 il müddətinə seçiləcək, qalib isə yalnız bir dəfə seçilə bilər. Əvvəllər prezident mandatının müddəti beş il idi və dövlət başçısı ardıcıl iki dəfə seçilə bilərdi.

Tokayev (ictimai-siyasi qüvvələrin Xalq Koalisiyası tərəfindən irəli sürülüb) ilə yanaşı, Nurlan Auesbayev (müxalifətdəki Milli Sosial Demokrat Partiyasından namizəd), Meyram Kajıken (Qazaxıstanın “Amanat” Həmkarlar İttifaqları Birliyi) , Jiquli Dayrabayev (“Aul” Xalq Demokratik Vətənpərvər Partiyasından), Karakat Abden (Sosial İşçilər Alyansından), Saltanat Tursınbekova (“Kazak anaları – desturqe jol” İctimai Birliyindən) prezidentlik uğrunda mübarizə aparırlar.

Prezidentliyə namizədlər ilk olaraq Tokioda yaşayan qazaxıstanlılar səs verəcək – saat qurşağı fərqinə görə burada seçki məntəqələri Tokio vaxtı ilə saat 07:00-da, yəni Astana vaxtı ilə saat 04:00-da açılacaq.

Ümumilikdə Qazaxıstandan kənarda dünyanın 53 ölkəsində 68 seçki məntəqəsi fəaliyyət göstərir.

XİN daha əvvəl xəbərdarlıq edib ki, Ukraynadakı çətin vəziyyətə görə bu dəfə seçki məntəqələri açılmayacaq – səs vermək istəyən Qazaxıstan Respublikasının vətəndaşları qonşu ölkəyə, məsələn, Polşaya və ya Moldova getməli olacaqlar.

Qazaxıstanda məntəqələr Astana vaxtı ilə səhər saat 07:00-da açılmalıdır. Lakin MSK-nın əvvəlcədən məlumat yayıb ki, 86 seçki məntəqəsi bir saat tez – saat 06:00-da açılacaq.

Mənşəyindən, sosial, rəsmi və əmlak vəziyyətindən, cinsindən, irqindən, milliyyətindən, dilindən, dinə münasibətindən, əqidəsindən, yaşadığı yerdən asılı olmayaraq, 18 yaşına çatmış Qazaxıstan Respublikasının hər bir vətəndaşı Qazaxıstanda prezident seçkilərində səs verə bilər .

Tacxeber.com

Oxşar xəbərlər