Bu gün milli komandamız növbəti yoxlama oyununa çıxıb.
Qol.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Bu, Millətlər Liqası və yoxlama oyunları da daxil olmaqla milli komandamızın ardıcıl 5-ci qələbəsi olub.
Qeyd edək ki, millimiz bir neçə gün əvvəl səfərdə Moldova ilə yoxlama matçında qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.