• 02 Mart 2024 22:13

Ukrayna dronu “vaqnerçini” əsir götürüb – “Ey, kütbeyin, arxamca gəl!..”

“Dron uçub gəlib və işarə edərək, işğalçını konvoy altında döyüşçülərimizin onu gözlədiyi yerədək aparıb…”

“Bu zavallının bölməsi darmadağın edilib, ona görə də onun əllərini yuxarı və ağ bayraq qaldırmaqan savayı başqa yolu qalmayıb…”

Ukraynalı teleaparıcı, şoumen və könüllü Sergey Pritula noyabrın 19-da özünün “Facebook” səhifəsində Ukraynanın pilotsuz uçuş aparatının çəkdiyi videonu dərc edib.

Moderator.az xəbər verir ki, bu barədə “Stopkor” nəşri yazıb.

Kadrlardan görünür ki, rusiyalı hərbçi Ukraynab Silahlı Qüvvələrinə əsir düşür.

Pritulanın sözlərinə görə, bunu etməyə ona PUA kömək edir.

“Biz dronların havada döyüşünü artıq görmüşük. İndi isə görürük ki, Donetsk istiqamətində dron “vaqnerçini” əsirlyə aparır.

Bu zavallının bölməsi darmadağın edilib, ona görə də onun əllərini yuxarı və ağ bayraq qaldırmaqdan savayı başqa yolu qalmayıb.

Dron uçub gəlib və işarə edib: ” Ey, kütbeyin, arxamca gəl!”-və işğalçını konvoy altında

döyüşçülərimizin onu gözlədiyi yerədək aparıb”, – Pritula yazıb.

O, dəqiqləşdirib ki, “Vaqner qrupu” özəl hərbi şirkətin muzdlusu 54-cü əlahiddə mexanikləşdirilmiş briqadanın K2 bölməsinin hərbi qulluqçularına əsir düşüb.

Bunun necə baş verməsini və PUA-nın göstərdiyi “işarənin” nədən ibarət olmasını Pritula dəqiqləşdirməyib.

Tacxeber.com

Oxşar xəbərlər