• 27 İyul 2024 08:14

“Başımı birtəhər saxlayıram” – Canı ağrıyan Əməkdar artist

“Yeni ili öz evimdə qeyd etməyi düşünürəm. Təqdim olunmalı işlərim çoxdur”.

Bu sözləri tanınmış qarmon ifaçısı, Əməkdar artist Gövhər Rzayeva deyib.

Çoxdandır görünməyən, sevənlərinin gözünü yolda qoyan ifaçı yeni yaradıcılıq işlərinin olmadığını bildirib. Bunun isə onun səhhətindəki problemlərlə əlaqəli olduğunu vurğulayıb.

Əməkdar artist deyib ki, hələ yeni musiqilər yazdırmayıb, hamısı yazılmalı, təqdim olunmalıdır:

“Bir az tənbəlliyim var. Bu, həm də mənim səhhətimlə bağlıdır. Müalicə almağa və istirahət etməyə böyük ehtiyacım var. Bir az isirahət edim, sonra fəaliyyətə yenidən start verəcəm. Hazırda səhhətimlə maraqlandığım üçün inanmıram yaradıcılığımda bu il yeni nə isə olsun. Allah ömür verərsə, yeni ildə yeni layihələrlə inşallah məni sevənləri sevindirəcəyəm. Bilirsiniz, bu işlər ilhamlanaraq həll olunur.

İlham, təb olmayandan sonra təbii ki, ürək istəyən kimi alınmır. Bir musiqi olsun, ancaq təbii ki, ürək istəyən kimi olmayanda onu çox gözəl təqdim etmək olmur. “Yalnız adı olsun, iş olsun” yanaşması mənə görə deyil. Əsl sənətkar gördüyü hər bir işi ilhamlandıqdan sonra ərsəyə gətirməlidir. Havalar dəyişib, soyuyub. Özümü narahat hiss edirəm. Canım ağrıyır. Revmatizmam var. Bilirsiz də, havalar dəyişən kimi insanı da rahat buraxmır. Başımı birtəhər saxlayıram. Bu günümə şükürlər olsun, şikayətlənmirəm. Allah mənə güc versin, özümü yaxşı hiss edim”.

Tacxeber.com

Oxşar xəbərlər