• 27 İyul 2024 06:33

“İçərişəhər” yaxınlığında faciəvi hadisə: Tanınmış şəxsin oğlu öldü – FOTO

Bakıda sübh saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 05:30 radələrində Səbail rayonu Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində (metronun “İçərişəhər” stansiyasının qarşısı) BMW markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Xəlil Əsədli idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı maneəyə çırpıb. Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ağır xəsarətlər alıb və vəfat edib.

Bildirilir ki, qəzaya uğrayan avtomobil N.Mənsimliyə məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini onun dostu Xəlil idarə edirmiş.

Vəfat edən 28 yaşlı N.Mənsimli tanınmış coğrafiyaçı alim Mirzəxan Mənsimovun oğludur. Mirzəxan Mənsimov həm də “İqlim” MMC şirkətinin rəhbəridir.

Tacxeber.com

Oxşar xəbərlər