İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, buna səbəb Stokholmda PKK üzvlərinin keçirdiyi aksiyadır.
Belə ki, PKK-ya bağlı ünsürlər tərəfindən Türkiyənin Stokholmdakı səfirliyinin binasına terror təşkilatını təbliğ edən sözlər, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına ünvanlanmış təhqiredici görüntülər əks etdirilib.
İsveçin Ankaradakı səfirindən baş verənlərlə bağlı araşdırılma aparılması tələb edilib.