• 09 Dekabr 2024 21:17

Qətər DÇ-2022-də yəhudilərə qadağa tətbiq etdi

Qətər DÇ-2022-də yəhudilərə qadağa tətbiq etdi

Qətərdə keçirilən 2022-ci il futbol üzrə dünya çempionatının təşkilatçıları vədlərinə xələf çıxaraq yəhudi azarkeşlərin koşer qida hazırlamaları və yarış dövründə dua etmə imkanını təmin etməyiblər.

Tacxeber.com xəbər verir ki, bu barədə bəzi yəhudi təşkilatlarının nümayəndələri məlumat veriblər.

Nümayəndələrin sözlərinə görə, təşkilatçılar yəhudi azarkeşlərin təhlükəsizliyini təmin edə bilmədikləri üçün onlara dua yerlərinə girişi də qadağan ediblər:

“Onlar vəd etmişdilər ki, koşer əti daxil olmaqla, koşer qida hazırlamaq mümkün olacaq, amma hazırda bizə ancaq soyuq sendviçlər satmağa icazə veriblər”.

Məlumata əsasən, İsraildən və dünyanın digər ölkələrindən ümumilikdə 10 mindən çox dindar yəhudi Qətərdəki dünya çempionatının oyunlarına gəlməyi planlaşdırır. Bir qrup varlı amerikalı yəhudi bu xəbərlər fonunda Qətərin paytaxtı Dohaya səfər etmək fikrindən daşınıb. Onlar öz təhlükəsizliklərindən və koşer qida çatışmazlığı problemindən narahatdırlar.

Tacxeber.com

Oxşar xəbərlər