Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında keçirilən xüsusi əməliyyatın səbəblərindən danışıb.
Tacxeber.com “Reuters”ə istinadla xəbər verir ki, Türkiyə Prezidenti o cümlədən Rusiyanın regionda terrorçuları məhv etməkdən imtina etməsindən söz açıb.
“Bizim 2019-cu il Soçi razılaşmamıza əsasən, İraqın şimalında və Suriyada terrorçuların məhv edilməsinə görə məsuliyyət daşıyan Rusiyaya dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, Moskva üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir”, – Ərdoğan bildirib.
O, Türkiyənin susmayacağını və müstəqil şəkildə terrorçulara qarşı tədbirlər görəcəyini izah edib. Prezident Kobani bölgəsinə 12 zərbə endirdiyini təsdiqləyib və əlavə edib ki, əməliyyat davam edəcək.