Ruslar Ukraynanı atəşə tutdu Dünya 21 Noyabr 2022 16:00 165 PaylaşRus işğalçıları Ukraynanın Xerson şəhərində mülki infrastrukturu vurub. Yaralı mülki vətəndaşların olduğu bildirilir.Tacxeber.com UNİAN-a istinadıa xəbər verir ki, bu barədə Regional Şura sədrinin birinci müavini Yuri Sobolevski məlumat verib:“Yenə Xersona, yenə mülki infrastruktura atəş açdılar. Yaralı mülki insanlar var, tibbi yardım göstərilir”.Qeyd edək ki, “Suspilne Xerson” işğaldan azad edilmiş şəhərdə saat 11-dən başlayaraq silsilə partlayışların baş verdiyini bildirib.Xerson vilayəti üzrə Milli Polis Baş İdarəsindən isə bildirilib ki, atəş nəticəsində ölən və yaralananlar var.Tacxeber.com