Avstraliyada seçicilərin səsvermə yaşının 16-ya salınması üçün kampaniya başladılıb.
Tacxeber.com xəbər verir ki, “Make it 16!” (16 et!-red.) kampaniyasının təşkilatçıları səsvermə yaşının 18 olmasını 16 və 17 yaşı tamam olmuş şəxslər üçün ayrıseçkilik hesab edir.
Artıq onlar məhkəmənin bu cür qərar çıxarmasına nail olublar, amma yekun qərarı “yaşıl qitə”nin parlamenti verəcək.
Bildirilir ki, bu da hələ son deyil, ölkə qanunvericiliyinə görə, mövcud hökumət məsələyə “hə” deməlidir.
Qeyd edək ki, Braziliya, Kuba, Avstriya və Maltada 16 yaşından yuxarı hər kəs seçkilərdə iştirak edə bilərlər.