Türkiyənin Qaziantep əyaləti Suriya ərazisindən növbəti dəfə raket atəşinə tutulub.
Tacxeber.com xəbər verir ki, bu barədə Qaziantep valisi Davud Gül məlumat verib. O bildirib ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Məlumata əsasən, Karkamış şəhərinə Suriya ərazisindən 5 raket atılıb.
Xatırladaq ki, Türkiyə ordusu ötən həftə sonu Suriyanın şimalında “Pəncə Qılınc” antiterror əməliyyatına start verib.