Buna səbəb isə Nanə Ağamalıyevanın aparıcılığını etdiyi “Günün sədası” proqramında Xalq artisti Natiq Şirinovun zorakılıq və qəddarlıqla bağlı təqdiredici ifadələrdən istifadə etməsi olub.
Qeyd edək ki, sənətçi verilişdə “Atam biz səhv edəndə şillə vururdu. İndi deyirlər, uşağı döymə. Xarici tərzə keçiblər, uşağı vuranda deyirlər, məhkəməyə ver. Oğlum Ümidi bilirsiniz nə qədər əziyyət vermişəm? Deyirlər, vurmaqla uşaq böyüdərlər? Lazım olanda hə. Əgər uşaq narkotik aludəçisi olarsa, onu döymək nədir, didərəm. Ata gələndə uşaq ayağa durmursa, onu didərəm. O demək deyil, vəhşiyəm” sözlərini demişdi.