• 27 İyul 2024 08:09

Azərbaycan kuboku başlayır

Azərbaycan kuboku başlayır

Bu gün  Azərbaycan kubokunda 2022/2023 mövsümünə start veriləcək.

Tacxeber.com xəbər verir ki, ilk oyun günündə 1/8 finalın 3 oyunu keçiriləcək. “Səbail” MOİK-lə, “Turan Tovuz” “Şamaxı” ilə, “Qəbələ” “Araz Naxçıvan”la qarşılaşacaq. Bütün matçlar saat 14:00-da başlayacaq.

Qeyd edək ki, sabah 1/8 finalın son 3 oyunu keçiriləcək. Bu mərhələnin matçları 1 qarşılaşmadan ibarət olacaq.

22 noyabr

14:00. MOİK – “Səbail”
Hakimlər
: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Binə qəsəbə stadionu

14:00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər:
 Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Şamaxı şəhər stadionu

15:00. “Qəbələ” – “Araz Naxçıvan”
Hakimlər:
 Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

23 noyabr (çərşənbə)

17:00. “Sabah” – “Qaradağ Lökbatan”
Hakimlər: 
Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva

“Bank Respublika Arena”

14:00. “Mingəçevir” – “Zirə”
Hakimlər
: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər
: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev
Gəncə şəhər stadionu

Tacxeber.com

Oxşar xəbərlər