• 06 İyun 2025 15:38

Bakıda qeyri-adi hadisə: Pişiyi düşürmək istədi, özü ağacda qaldı – VİDEO

 Bakıda qeyri-adi hadisə: Pişiyi düşürmək istədi, özü ağacda qaldı – VİDEO
Paylaş

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin hündürlüyü təqribən 8 metr olan ağacdan düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Baku.ws xəbər verir ki, müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Məlum olub ki, həmin şəxs ağacda qalmış pişiyi düşürmək məqsədilə ağaca dırmanıb və özü köməksiz vəziyyətdə qalıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları vətəndaşı ağacdan düşürüblər. Pişik isə xilasedicilər gələnə kimi ağacdan düşə bilib.

 

Oxşar xəbərlər