• 22 Noyabr 2024 22:58

“Dərnəgül“ və “Koroğlu“ arasında 3 yeni stansiya inşa olunacaq

“Dərnəgül“ və “Koroğlu“ arasında 3 yeni stansiya inşa olunacaq

Bakı metropoliteni Yaşıl xətt üzrə “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər tikiləcək 3 yeni stansiyanın layihə-smeta sənədlərinin hazırlanmasını başa çatdırıb.

Tacxeber.com Trend-ə istinadla xəbər verir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, xətt üzrə bütün sənədləşmə işləri hazırdır:

“Tikinti barədə tapşırıq verilən kimi dərhal işlərə başlanacaq. Hazırda tikintiyə başlamaq üçün lazım olan bütün şərait var. Metropolitenin tikintiyə başlamaq üçün kifayət qədər texniki və zehni potensialı mövcuddur”.

Tacxeber.com

Oxşar xəbərlər