Mundialın 3-cü günündə nəzərdə tutulan 4 matçdan artıq 1-i başa çatıb.
C qrupunda Argentina Səudiyyə Ərəbistanı ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. “Lusail” stadionundakı görüş Bakı vaxtı ilə saat 14:00-da start götürüb.
Eyni qrupda 20:00-da “Stadium 974″də başlayacaq matçda Meksika Polşa ilə qarşılaşacaq.
17:00-da başlayacaq və “Edukeyşn Siti” stadionunda oynanılacaq görüşdə isə Danimarka və Tunis (D qrupu) üz-üzə gələcək.
Günün son oyunu D qrupunda son dünya çempionu Fransa və Avstraliya arasında olacaq. “Əl-Cənub” arenada keçiriləcək və saat 23:00-da start götürəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də start götürüb və dekabrın 18-də yekunlaşacaq.
Dünya çempionatı
22 noyabr
C qrupu
14:00. Argentina – Səudiyyə Ərəbistanı – 1:2
Qollar:Messi, 10-pen (1:0), El Şehri, 49 (1:1), Davsari, 54 (1:2)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
“Lusail” stadionu
20:00. Meksika – Polşa
Baş hakim: Kris Bit (Avstraliya)
“Stadion 974”
D qrupu
17:00. Danimarka – Tunis
Baş hakim: Sesar Arturo Ramos
“Edyukeyşn Siti” stadionu
23:00. Fransa – Avstraliya
Baş hakim: Viktor Qomes (Cənubi Afrika Respublikası)