• 22 Noyabr 2024 23:15

Ordumuz yaxın günlərdə əməliyyat keçirə bilər

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri ərazidə erməni terrorçuların intensiv təxribatlar törətməsi sülhməramlıların öz vəzifə və öhdəliklərini yerinə yetirə bilməməsinin növbəti sübutudur.

Bu sözləri Axar.az-a erməni terrorçuların Füzuli və Xocavənddə törətdiyi təxribat haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert sülhməramlıların öz vəzilərini yerinə yetirməyə bacarmayacaqları təqdirdə Ordumuzun Fərrux və digər ərazilərdə keçirdiyi əməliyyatları təkrarlayacağını vurğulayıb:

“Azərbaycan dövləti heç vaxt erməni terrorçuların ölkəmizin ərazisində qalmasına və Silahlı Qüvvələrimizin şəxsi heyətinin həyatına təhlükə törədəcək fəaliyyət göstərməsinə göz yuma bilməz. Yaxın günlərdə belə təhdidlərin aradan qaldırılması üçün Ordumuzun daha sərt şəkildə addımlar atacağı istisna olunmur. Əgər rus sülhməramlılar öz vəzifələrini yerinə yetirməsə, Ordumuz daha əvvəl Fərrux, Buzdux, Qırxqızda, Laçın, Sus və Zabuxda olduğu kimi, təşəbbüsü öz əllərinə alaraq separatçı tör-töküntüləri olan erməni terrorçuları məhv edəcək”.

Tacxeber.com

Oxşar xəbərlər